adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Aprel 2017 23:14
5898
DÜNYA
A- A+

Dortmundda partlayış, “Borussiya” – “Monako” matçı təxirə salındı

Çempionlar Liqasının 1/4 final mərhələsinin "Borussiya” – "Monako” oyunu təxirə salınıb.

Adalet.az
-ın Apasport.az-a istinadən məlumatına görə, buna səbəb alman klubunun avtobusunun dayandığı yerin yaxınlığında bomba partlamasıdır.

Yerli hüquq-mühafizə orqanları insidenti təsdiqləyiblər.

"BBC”nin məlumatına əsasən, hadisə zamanı "Borussiya”nın müdafiəçisi Mark Bartra xəsarət alıb. İspan futbolçu artıq xəstəxanaya aparılıb.

Artıq klubdan bununla bağlı rəsmi açıqlama da verilib:

"Futbolçular təhlükəsiz ərazidədirlər. Xahiş edirik sakitliyinizi qoruyasınız. Hazırda stadionda təhlükəsizlik xidmətinin əməkdaşları var. Daha sonra əlavə məlumatlar veriləcək”.

Matç təxirə salınıb və sabah saat 20:45-da oynanılacaq.