adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Aprel 2017 22:44
4752
İDMAN
A- A+

Azərbaycan yığması Avropa çempionatına məğlubiyyətsiz gedir

"AÇ-2018”in seçmə mərhələsində mübarizə aparan futzal üzrə Azərbaycan millisi bu gün qrupdakı son matçına çıxıb.

Adalet.az-ın məlumatına görə, Biro Jadenin rəhbərlik etdiyi kollektiv "B” qrupunda 3-cü tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.

İlk iki oyununda qələbə qazanan Azərbaycan millisi üçüncü oyunu da itkisiz başa vurub. Yığmamız 6:1 hesablı qələbəyə sevinib.

Macarıstan – Azərbaycan 1:6

Qollar: Zoltan Drot, 2 - Teles Martins Tyaqo, 12. Eduardo Mello Borges, 17. Fineo de Araujo, 22. Fineo de Araujo, 25; 34. İsa Atayev, 36