adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Aprel 2017 22:02
6135
DÜNYA
A- A+

Türkiyədə 30 jurnalist ömürlük həbs edilə bilər

İstanbul prokurorluğu "Zaman” qəzetinin 30 əməkdaşına qarşı ittiham irəli sürüb.İttihamda onların ömürlük həbsi tələb edilir.

Adalet.az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, ittihamnamə artıq məhkəməyə təqdim edilib, məhkəmə prosesinin başlanmasına dair 15 gün ərzində qərar qəbul edilib.

Qəzet əməkdaşları, o cümlədən də rəhbərlik və jurnalistlər, keçən ilin iyulunda dövlət çevrilişinə cəhddə, terror təşkilatının üzvü olmaqda, dövlət işçilərini öz vəzifələrini yerinə yetirməkdə mane olmaqda ittiham edilirlər.