Sabah Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah səhər saatlarından etibarən Dövlət Elektrik Stansiyasına gedən yolun "Mir Mövsüm Ağa” ziyarətgahı ilə "Azal” Arenanın yerləşdiyi hissəsində və "Azal” Arena istiqamətinə gedən Starçük küçəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.
Bu barədə Adalet.az-a "Azəravtoyol” ASC-dən məlumat verilib.
Məlumata görə, məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16