adalet.az header logo
  • Bakı 19°C
11 Aprel 2017 19:25
20565
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Siyavuş Novruzov marketdən bazarlıq edib dayanacaqda saxladığı maşina tərəf gedəndə görür ki, maşının içində dörd nəfər oturub sürüb getməyə hazırlaşırlar. Siyavuş müəllim tez xidməti silahını çıxarıb maşındakılara:
- Tez maşını tərk edin, yoxsa...
Maşındakı dörd nəfər silahı görüb qorxusundan maşından düşüb qaçırlar. Siyavuş müəllim əlindəki şeyləri maşının arxa oturacağına yerləşdirib mühərriki işə salmaq istəyir, amma alınmır. Təəccüblə ətrafa baxır və birdən görür ki, onun maşını bir neçə maşından sonrakı sırada dayanıb. Kor-peşman öz maşınına əyləşərək vəziyyəti izah etmək üçün polis şöbəsinə gəlir. Şöbəyə girərkən görür ki, həmin dörd nəfər həyəcanlı, rəngləri ağarmış halda bir nəfər bazburudlu kişinin silahla onları qorxudaraq maşınlarını əlindən alması barədə izahat yazırlar.