adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Aprel 2017 16:23
4777
İDMAN
A- A+

“Kəpəz” - “Neftçi” qarşılaşmasını rekord sayda tamaşaçı izləyib

Azərbaycan Premyer Liqasının XXV turunun "Kəpəz” – "Neftçi” qarşılaşması yeni rekordla əlamətdar olub.

Adalet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər stadionunda keçirilən oyunu 10 min tamaşaçı izləyib.

Bu da mövsümün 2017-ci ilə aid hissəsi üçün rekord göstəricidir. Ümumilikdə isə mövsümdə 4-cü dəfə bir qarşılaşmaya 10000 və ya daha çox tamaşaçı toplaşıb. İlk üç oyun da Gəncə stadionunda baş tutub. Həmin görüşlər mövsümün ilk yarısına təsadüf edib.

"Kəpəz”in evdə "Qarabağ”la oyununu 14238, "İnter”lə matçını 10650, "Zirə” ilə görüşünü 10000 seyrçi izləyib. Mövsümün 3-cü göstəricisinin təkrarı olan "Kəpəz” – "Neftçi” matçı qış fasiləsindən sonrakı dövr üçün mütləq rekorddur.

Qeyd edək ki, "Kəpəz” – "Neftçi” ilə ev oyununda 2:0 hesabı ilə qalib gəlib.