adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Aprel 2017 16:05
4576
MƏMLƏKƏT
A- A+

Sabah Sumqayıtda içməli suyun verilişi dayandırılacaq

Aprelin 12-də Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilən magistral su xətti şəbəkəyə birləşdiriləcək.

"Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən xəbərə görə, bununla əlaqədar sabah saat 08:00-dan etibarən gün ərzində şəhərin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.