adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Aprel 2017 16:00
5768
DÜNYA
A- A+

Suriyada 2 Rusiya hərbçisi ölüb

Suriyada terrorçuların hücumu nəticəsində 2 rusiyalı hərbçi həlak olub.

Adalet.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə mina partlayışı nəticəsində baş verib. Yaralanan daha bir rusiyalı hərbçinin yaşaması üçün həkimlər mübarizə aparır.

Qeyd olunur ki, müqavilə əsasında Suriya bölmələrindən birində təlimçi qismində xidmət keçən rusiyalı hərbçilər və rusiyalı hərbi müşavir terrorçular tərəfindən minaatan hücumuna məruz qalıb.