adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Aprel 2017 15:54
17777
SİYASƏT
A- A+

Vladimir Solovyov İlham Əliyev ilə görüşündən danışdı

Tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov bu gün Vesti.FM-in canlı efirində Bakıya səfəri və prezident İlham Əliyev ilə iki saat davam edən görüşü barədə danışıb.

Adalet.az vestikavkaz-a istinadən xəbər verir ki, ilk növbədə o, səfərin əsas məqsədinin prezident ilə görüş olduğunu vurğulayıb.

"Dövlət başçıları ilə görüşmək və onlarla həmsöhbət olmaq hər zaman maraqlı olur”, – odeyib.
Səfərin qısamüddətli olmasınabaxmayaraq,Vladimir Solovyov şəhəri gəzə bilib.

"Şəhərin yolları, ətrafı çox gözəl və təmiz idi. Məşhur memar Zaha Hadid tərəfindən hazırlanmış Heydər Əliyev Mərkəzi həqiqətən möhtəşəm idi”, - aparıcı deyib.

Vladimir Solovyovun sözlərinə görə, o, Azərbaycana səfərə çoxdan hazırlaşırdı.

"Prezidentlə görüş düz saat 10:00-da başladı. İlham Əliyevin fotolardakından daha cavan görünməsi məni təəccübləndirdi. O, hündürboylu və xeyirxahdır. Söhbətimiz açıq oldu və mən buna görəona təşəkkürümü bildirmək istərdim”, - deyə oetiraf edib.

"İlham Əliyev çox savadlı, ağıllı siyasətçi, həm də əsl dövlət xadimidir. Bizim mövqelərimiz diametral fərqlənirdi, lakin ona minnətdarlıq etməmək mümkün deyil. O, söhbətə olduqca yaxşı hazırlaşmışdı, mənim qaldırdığım bütün mövzuları bilirdi. Biz onunla Belarusda həbs olunmuş blogger Lapşin, eləcə də Marat Ueladanov barədə (Bakıda həbs edilən Rusiya vətəndaşı, milliyyətcə erməni - red.) danışdıq. Hər iş üzrə ətraflı danışdıq və mən prezidentin mövqeyini dinlədim, öz mövqeyimi ifadə etdim. Mənə deyildi ki, həmin adamlara qarşı olduqca nəzakətli davranırlar. Ancaq onlar Azərbaycanın qanunlarını pozublar və qanunla cavab verməlidirlər”, - Vladimir Solovyov bildirib.

Prezident İlham Əliyevlə söhbət zamanı Rusiya vətəndaşı olan erməninin Bakıya uçan təyyarəyə buraxılmaması məsələsinə də toxunulub.

"Prezident izah etdi ki, onların bütün ermənilərlə müharibəsi yoxdur, lakin situasiya belədir ki, Azərbaycana gələn hər kəsin təhlükəsizliyini təmin etmək lazımdır”, - aparıcı bildirib.

Vladimir Solovyov qeyd edib ki, İlham Əliyev mürəkkəb həyat yolu keçib:

"Demək olmaz ki, həyat ona qarşı hər zaman mərhəmətli olub və o, ölkə qarşısında böyük məsuliyyət hiss edir. Biz keçmişi müzakirə etdik, Rusiyanın müasir tarixinin bir çox mərhələlərinin və siyasi xadimlərə dair qiymətləndirmələrimizin bənzər olması sevindirici haldır.

Qeyd etməliyəm ki, söhbət əsnasında Ermənistan rəhbərliyinə qarşı heç bir neqativ söz eşitmədim. Yəni, hər kəsin sərt mövqeyi var, amma bu diametral şəkildə fərqlənən mövqelər nəzakət və layiqli davranış həddini keçmir”.

O, həmçinin həyat yoldaşını niyə vitse-prezident təyin etməsindən də danışıb.

Prezidentin sözlərinə görə, Mehriban Əliyeva ölkə üçün çox şey edib və edir.

Aparıcı, həmçinin İlham Əliyevin siyasi islama sərt qiymət verdiyini bildirib.