adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Aprel 2017 14:34
4004
MƏMLƏKƏT
A- A+

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün axşam 22:00-dan Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Adalet.az-a verilən məlumata görə, rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

"Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək”, - deyə məlumatda vurğulanıb.

Bundan başqa, sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.

Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə tətbiq ediləcək.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.