AQİL ABBAS: Şərif Ağayarın arzularından sonrakı şəhər haradı?!

AQİL ABBAS
92216 | 2017-04-11 13:08

Gənc yazarları izləyirəm, təbii ki, istedadlıları. Özü də sevinirəm ki, çoxistedadlı, təkcə istedadlı yox, həm də savadlı, geniş dünyagörüşünə malik güclübir nəsil yetişməkdədir. Və əslində artıqyetişiblər də, ədəbiyyatda az-çox yerlərini tapıblar da, tutublar da.

Srağagün dostum Şərif Ağayar mənə yeni çıxmış kitabını göndərdi: «Arzulardansonrakı şəhər». Şərif nə yazıbsa, demək olar ki, hamısını oxumuşam, həm bədii yaradıcılığıilə yaxşı tanışam, həm də bir jurnalist kimi fəaliyyəti ilə. Bəzən onun köşə yazılarıda kiçik hekayədi, ya bir essedi. Köşə yazılarında qəbul etmədiyim fikirlər də təbii ki, var. Yəni razılaşmadığım məqamlar var.Müəyyən fikirlərini haqsız sayıram, amma bu da Şərifin haqqıdır. Heç kimə deməkolmaz ki, sən də mənim kimi fikirləşməlisən.

Mən tənqidçi deyiləm, çox istərdim ki,Şərifin bu yeni romanı haqqında ədəbitənqidçilərimiz öz fikirlərini söyləsinlər.Vaqif Yusiflidən, Tehran Əlişanoğludan, Nizaməddin Şəmsizadədən, Cavanşir Yusiflidən,Əsəd Cahangirdən bir dost kimi xahiş edərdimki, bu roman haqqında öz fikirlərini bildirsinlər və mən məmnuniyyətlə onlarınməqalələrini qəzetimizdə dərc edərəm, qonorarı da yerində. Müsbət və ya mənfi,dəxli yoxdu, çünki bu tənqidçilərin həm ədəbi zövqlərinə inanıram, həm də obyektivliklərinə.

Romanı bir nəfəsə oxudum. Yəni əlimdənə qədər işim olsa da atdım bir kənara. Yəni mənim istəyimlə işlərim kənara atılmadıey, roman o işləri kənara atdırdı. Roman o qədər axıcıdır ki, sabaha saxlamaq olmur.

Romanda iki süjet xətti var: biri firon dövrü ilə bağlıdır, biri də bu günümüz,yaşadığımız ağrı-acılar, müharibənin gətirdiyi faciələr. Və hər ikisi çox ustalıqlaqələmə alınıb. Oxucu özünü hadisələrin içindəhiss edir. Həm «Yaşıl vadi»yə gedib düşürsən, həmin dövrün ağrı-acısını yaşayırsan,İterü çayında sən də çimmək istəyirsən,səndə o çayla birlikdə uçmaq istəyirsən və istəyirsəno çay səni də çata bilməyəcəyin arzularınaçatdırsın, ailənə, övladına qovuşdursun.

Və bu günlər, daha dəqiq desək,90-cı illər. Müharibə, ölüm-itim, doğma yurdların həsrəti… Romanda Araz çayı yoxdu.Hərçənd ki, Qubadlı, Zəngilan camaatı buçayı keçərək xilas ola bilmişdi erməni qətliamından, erməni soyqırımından. Arazelə Şərif Ağayarın təsvir etdiyi İterü çayıdı.O çay boyunca qaçır-qaçır və o çay gəlib tökülür dənizə və gəlib çıxır şəhər.

Şərif bu əsərində arzularından sonrakışəhəri axtarır. O şəhərin arzusu ilə yaşayır. Şərif deyəndə əsərin qəhrəmanını nəzərdətuturam. Və mənim fikrimcə, hər bir əsərinqəhrəmanı elə yazıçının özüdü. Şərif gedibo şəhərə çıxa bilmir, çünki o şəhər Şərifin doğulduğu şəhərdi.Yaşıl vadinin kənarındakı şəhərdi. Bütünnəslinin doğulduğu və torpağa tapşırıldığı şəhərdi. Şərifin Məkkəsi o şəhərdi. Məkkəyə getməko qədər də çətin deyil, pulunu yığ və çıx get: istəyirsən təyyarəylə, istəyirsənavtobusla. Amma…

Amma Şərifin Yaşıl vadisinə getmək düz 24 ildi Şərifə də yasaqdı, elə hamımızayasaqdı. Düşmən tapdağı altındadı, işğal altındadı. Şərifin arzuladığı arzulardansonrakı şəhəri hamımız görmək eşqi ilə yaşayırıq. İnşallah, görərik də.

Romandakı hər bir obraz canlıdı. Hər bir obrazda Şərifin doğulduğu Yaşılvadinin insanlarındakı kolorit var. Duzu da öz yerində. Şərifin köşə yazılarındakıduz burda da hiss olunur. Hiss olunur yoxey, daha dadlıdı.

Bəli, romanda iki süjet xətti var: firon dövrü və 90-cı illər, eləcə dəbu günümüz. Mən fikirləşirdim ki, bunlarınecə birləşdirə biləcək, çox ustalıqla da birləşdirə bilib.

Mən dedim ki, tənqidçi deyiləm. Yəni romanı geniş təhlil etmək fikrindən uzağam. Sadəcə olaraq roman çox xoşuma gəldi,müəyyən fikirlərimi söylədim və oxucularımdan da xahiş edirəm ki, romanı tapıb oxusunlar. Roman «Qanun» nəşriyyatında çap olunub.

Tənqidi fikirlərim də var, amma inşallah, belə gözəl roman yazdığına görəfikirlərimi Şəriflə və onun özü kimi istedadlıdostlarıyla bir süfrə arxasında bölüşərəm.

Uğurlar Şərif Ağayar! Yeni əsərlərini gözləyirik!


TƏQVİM / ARXİV