adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Aprel 2017 13:03
12369
İQTİSADİYYAT
A- A+

Nazirlik proqnoz tapşırıqlarına 103,8% əməl edib

Bu ilin yanvar-mart ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 1 mlrd. 420 mln. 746 min manat məbləğində vəsait ödənilib.

Adalet.az xəbər verir ki, bu barədə "Report”a Vergilər Nazirliyindən bildirilib.

Məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 121 mln. 655 min 200 manat, yaxud 7,89% azdır.

Qurumun açıqlamasında deyilir ki, nazirlik müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 103,8% əməl edib.