adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Aprel 2017 12:36
6019
DÜNYA
A- A+

“New York Times”a Putin haqqında məqalələrə görə “Pulitzer” mükafatı verildi

ABŞ-ın məşhur "The New York Times” qəzeti Rusiya prezidenti Vladimir Putin haqqında materiallara görə beynəlxalq jurnalistika üzrə "Pulitzer” mükafatını qazanıb.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Universitetinin Jurnalistika məktəbində mükafatın Təşkilat Komitəsinin rəhbəri Maykl Prayd elan edib.

"The New York Times” qəzeti cari gündəmi müəyyənləşdirən, Vladimir Putinin Rusiyanın xaricdə nüfuzunu artırmaq məqsədi ilə göstərdiyi səylər haqqında dərc edilən materiallara görəbeynəlxalq jurnalistika mükafatı ilə təltif edilir”, - təşkilatçılar bəyan ediblər.

Bununla yanaşı qeyd edilir ki, bəyanat materialında dünya arenasında hədəflərə nail olmaq üçün Rusiya hakimiyyətinin tətbiq etdiyi üsullar barədə tənqidi formada danışılır.

Prayd bildirib ki, "The New York Times”ın əməkdaşlarının "Pulitzer” mükafatına namizəd kimi göstərilmələrinə səbəb onların Putin haqqında materiallarının son zamanlarda vacib materiallar arasında ilk yerləri tutmasıdır.

"Bu ən vacib mövzu idi və biz də ona xüsusi diqqət ayırdıq”, - obildirib.

Nəşr daha iki nominasiyada – oçerk və xəbər fotosuna görə də mükafat alıb.

"Pulitzer” mükafatı 1917-ci ildən təqdim edilir. Bu il mükafat 21 nominasiyada təqdim edilib. Mükafatın məbləği hazırda 10 mindən 15 min dollara qədər artırılıb.