adalet.az header logo
  • Bakı 17°C
11 Aprel 2017 12:20
5786
DÜNYA
A- A+

Türkiyədə məktəbliləri aparan mikroavtobus “TIR”-la toqquşub – FOTO

Türkiyənin Kayseri əyalətinin Bünyan rayonunda məktəbliləri aparan mikroavtobusun "TIR”-la toqquşması nəticəsində 1 şagird ölüb, 11-i yaralanıb.

Adalet.az "Report”a istinadən xəbər verir ki, hadisə Karakaya məhəlləsində baş verib.

İlkin məlumata görə, ərazidəki qatı duman qəzaya səbəb olub.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım heyəti və xilasedicilər cəlb edilib.