adalet.az header logo
  • Bakı 20°C
11 Aprel 2017 11:52
13044
SİYASƏT
A- A+

Patruşev Heydər Əliyevin məzarını ziyarət edib – FOTO

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 11-də Fəxri xiyabanda Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Adalet.az-ın məlumatına görə, akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Rusiya nümayəndə heyəti sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.