adalet.az header logo
  • Bakı 19°C
11 Aprel 2017 11:48
15796
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bankdan problemli kreditlər ilə bağlı açıqlama

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il martın 1-nə 1 mlrd. 556,4 mln. manat təşkil edib.

Adalet.az-ın məlumatına görə, "Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 76,7 mln. manat və yaxud 4,7% azdır.

Son bir ildə isə vaxtı keçmiş kreditlər 226,9 mln. manat və yaxud 17,07% artıb.

Qeyd edək ki, bu il martın 1-nə problemli kreditlər ümumi kredit portfelinin 9,8%-ni təşkil edib. Bu nisbət ilin əvvəlində 8,96%, 2016-ci ilin analoji dövründə isə 6,5% olub.