adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Aprel 2017 22:11
14606
KRİMİNAL
A- A+

Bakı sakinini şantaj edən şəxs ondan 108 min manat alıb

Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib.

Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.

Əlacsız qalan şəxs polisə müraciət edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.