adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Aprel 2017 15:57
14723
İQTİSADİYYAT
A- A+

Azərbaycan prezidenti: Valyuta ehtiyatlarımız 1 milyard dollar artıb

"2017-ci ilin 1-ci rübündə Azərbaycanın valyuta ehtiyatları təxminən 1 milyard dollar artıb”.

Adalet.az "Marja”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, cəmi valyuta ehtiyatlarımız 38,5 milyard dollara yüksəlib. Bu xarici dövlət borcumuzdan 5 dəfə çoxdur.

"Bu il Azərbaycanın ticarət dövriyyəsi 15%, ixrac 50%, qeyri-neft ixracı isə 10% artıb, idxal isə 17% azalıb. İdxalın azalması, ixracın isə artması iqtisadi sabitliyimizi təmin edir. Xarici ticarət saldosu isə 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi