adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Aprel 2017 10:30
9072
SİYASƏT
A- A+

Azərbaycan Cənubi Osetiyadakı seçkiləri tanımır – XİN

Xarici İşlər Nazirliyinin Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb.

Bəyənatda Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımadığı vurğulanır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir.