adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Aprel 2017 09:41
4083
MƏMLƏKƏT
A- A+

Qiymətlər sürətlə bahalaşır

Maşın bazarında qiymətlərdə ciddi artım müşahidə olunur. Amma alıcı marağı yüksək olsa da, qiymətlərin bahalaşması onlara seçim etməkdə çətinlik yaradır.

Satıcılar bildirirlər ki, qiymətlərdə artım kiçik həcmdə yox, min manatlarla ölçülür.

Alıcılar da qiymət artımının min manatdan daha çox olduğunu deyirlər.

Bazarda ən çox satılan avtomobillər isə ənənəvi olaraq yenə də Almaniya istehsalı olan maşınlardır. Xaricdən yeni gətirilən avtomobillərin qiyməti həddən artıq baha olduğuna görə isə bazarda tələbat əsasən ikinci əl maşınlarınadır.