adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Aprel 2017 09:27
5743
DÜNYA
A- A+

Misirdə 3 aylıq fövqəladə vəziyyət

Misirdə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib. Bunu ölkə prezidenti Əbdülfəttah əs-Sisi xalqa müraciətində bəyan edib. Bundan əvvəl Misir hökuməti aprelin 8-də Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. Son məlumatlara əsasən, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə törədilən partlayışda isə 17 nəfər ölüb. Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.