adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Aprel 2017 21:29
15029
İQTİSADİYYAT
A- A+

KİV: “Lukoil” Rusiyadakı bütün YDM-lərini satır

"Lukoil” şirkəti ilin sonuna qədər Rusiyadakı bütün yanacaqdoldurma məntəqələrini sata bilər.

Adalet.az-ın məlumatına görə, bu barədə TASS nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, şirkət rəhbərliyinə il ərzində yanacaqdoldurma məntəqələrinin 1/3 hissəsini 10 faizlə və ya Rusiya ərazisindəki bütün YDM-ləri satmağı təklif ediblər. Agentliyin sözçüsü bildirib ki, holdinqin rəhbərliyi ikinci variantı seçib:

"Hazırda şirkət potensial investorlardan ərizələri qəbul edir. Həmçinin uzunmüddətli xarici investorlar üçün təkliflər hazırlanır”.

Mənbə qeyd edib ki, şirkət bundan sonra karbohidrogenlərin hasilatı və emalı üzrə fəaliyyətinə diqqəti artıracaq, çünki yanacağın pərakəndə satışında gəlir elə də çox deyil.

"Lukoil” şirkətinin mətbuat xidməti məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, "Lukoil” Rusiyada 2 min 544 yanacaqdoldurma məntəqəsinə malikdir. Bu rəqəm Rusiyada ümumi YDM-lərin sayının 21%-ni təşkil edir.