adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

QEYRƏT

FƏRİDƏ RƏHİMLİ
30270 | 2017-04-07 14:42

Avropa mədəniyyətinə meyillilik zaman-zamanŞərq mədəniyyətinin aşınmasına gətirib çıxardı. Mədəniyyət adı altındabilərəkdən xalqların şüuraltına yeridilən bir çox mənfi təsirlər mentaldəyərlərin, adət-ənənələrin məhv edilməsinə yönəlmiş bir siyasətdir. İllər öncəBraziliya serialları televiziyalarımıza ayaq açanda serial qəhrəmanlarınıqınayardılar - əxlaqi dəyərlərin baş-ayaq olduğu bu ssenarilər, əslində,hazırlanmış siyasətin bir parçası idi. Çünki televiziya ictimai şüurun, fikrinmənimsənilməsində böyük qüvvəyə malikdir. Sonralar yavaş-yavaş bu seriallardakıhadisələri həyatımızda izləməyə başladıq. Bir vaxt rişxənd etdiyimiz, "heçvaxt” dediklərimiz həyatımıza girməyə, gözümüzdə adiləşməyə başladı. Bu yöndəhər cür iyrənc əməllərin təbliği əsas məqsəd olsa da, onu deyim ki, başqa heçbir xalqda əminin qardaşı qızıyla evlənməsinə rast gəlməmişəm. Mentalitetimizdəqohumla evlənmə adi hal olsa da, Quranın qadağan etdiyi qaydalardan kənaraçıxılmırdı. Deyəsən zaman gələcək ki, heç bir şeyə təccüblənməyəcəyik. Çünkison illər o qədər olmaz dediklərimiz oldu ki...

Müqəddəs kitabımızda bir kişi özyaxın qohumlarından ana və nənələri, öz qızı və nəvələri, bacıları vəqardaş-bacılarının qızları və nəvələri ilə, eləcə də öz bibisi və xalası iləevlənə bilməz. Evlənib ailə qurmaq məsələsiQurani-Kərimdə başda Bəqərə, Nisa, Nur və Təlaq surələri olmaqla demək olar ki,bütün surələrdə birbaşa və dolayı yolla ifadə edilir. Çünki boşanma, vərəsəlik(miras), nəsəb-süd-evlilik qohumluğu, vəsiyyət, örtünmək, ata-ana vəqohum-əqrəbaya yaxşılıq, seksual xarakterli haramlara dair bəzi cəzalar vəsairə kimi məsələlər evliliklə əlaqədardır.

Bizdə deyirlər, "əmi qızı ilə əmioğlunun nikahı göydə kəsilib”. Elə yüz illərdir ki, bu deyimə inanıb, ailələrqurulur, övladlar dünyaya gəlir. Bu sıraya xalaqızı, xalaoğlu, bibioğlu,dayıqızı da daxil olur. Azərbaycan mentaliteti evliliklə bağlı bəzi məsələləriqəbul etməsə də, nədənsə, qohum evliliyinə çatanda, "qohum ətimizi yesə də,sümüyümüzü atmaz” ifadəsini sevə-sevə işlədir. Əmiqızı nəysə də, amma əmiyləqardaş qızının evlənməsi cəmiyyətdə şok etkisi yaratdı. Bu yerdə o "əmi” haqdailk yada düşən söz qeyrətsiz, şərəfsiz, əclaf... sözüdür.

Leksikonumuzda qeyrət sözü - Vətən, xalq, ailə namusunu, ən əziz vəmüqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qorumademəkdi. Qeyrətinə toxunmaq - heysiyyətinə, şərəfinə toxunmaq, təhqir etmək çoxağır ifadə sayılıb mental dəyərlərimizdə. Bu sözərəb kəlməsi olub bizim dilimizə əsl mənası lüğətdə "dəyişiklik” (təğyir,təğəyyür) deməkdir. Amma, xalq arasında qeyrət adətən, insanın öz namusu,şəxsiyyəti, vətəni, dini və mal-dövlətinin qorumasına deyilir. Qeyrətli insanınbütün bu qeyd olunmuş mövzuların müdafiəsində sifəti şiddətlə "dəyişdiyinə”görə, ona qeyrətli ləqəbi və adı verilir. Bütün bu mənaların müqabilində hərkəs, öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinə qarşı təcavüz olarsa,müdafiə etməsə və yerindən tərpənməsə, ona el arasında qeyrətsiz, "xoşqeyrət”və ya (əgər xüsusilə, namusunu qorumasa) dəyyus və səhlənkar ləqəbləri verilir.Bütün bunlar el arasında istifadə olunmuş və həmişə olunacaq xalqterminləridir.
Qeyrət sifəti və xasiyyəti insanın elə mühüm və həyati sifətlərindəndir ki, hərbir insanın düşməni onu məğlub etmək üçün ilk növbədə ona əl atır. Müasirdövrümüzdə qərbin müsəlman ölkələrinə qarşı apardığı informasiya və mədənimüharibə və həmləsinin ən aşkar taktikası "qeyrətsizik” şüarı və qeyrətinmüsəlman cəmiyyətində aradan aparılmasıdır. Onlar çox yaxşı bilirlər ki,müsəlman xalqın qeyrəti ilk növbədə onun etiqadına və dininə bağlı olub, İslamdinindən rişələnir. Ona görə də bu sahədə hər hansı ölkədə İslam dini iləmübarizədə ən qeyrətsiz insanlardan istifadə olunur. Qeyrətin ən mühümqismlərindən bir namus, din və vətən qeyrətidir. Hər kəsin bu üç qism qeyrətdəzəifliyi olsa, istər-istəməz çox ağır nəticələrlə üzləşməli olacaq. Əgərcəmiyyətdə qadınların namusunu, vətəni və ya dini qoruyanlara qarşı mübarizəgedirsə, deməli düşmən o cəmiyyətin ən güclü silahını əlindən almaq qəsdi var.Quran və rəvayətlərdə qeyrət məsələsi ən mühüm məsələlərdən biri sayılır. Qeyrət və mərdlik imanlı kişi və qadınların ən barizsifətlərindəndir. Peyğəmbərimiz (s) buyurur: "Qeyrət – imanın əlamətindəndir”.Rəsuli-Əkrəm (s) həmçinin buyurur: "O mömin ki, qeyrətli olmaz, Allah onunburnunu yerə vurar. Həzrət Rəsul (s) başqa yerdə buyurur: "Allah qeyrətlibəndələrini sevər”.
Qeyrətsizlik – o rəzil sifətlərdəndir ki, bugün ona çox rast gəlməkdəyik. Allah Təala qeyrət sifətini insanın fitrətinəqoymuşdur ki, qorumalı olanları qoruya bilsin. Həzrət Peyğəmbər (s) buyurur:"Əgər kişi öz evində iffətə zidd olan bir şey görsə və qeyrətə gəlməsə, imanruhu ondan ayrılar. Mələklər onu dəyyus adlandırar”. Dəyyus o kəsə deyirlər ki,çox qeyrətsizdir. Məhrəmlərinin pis yola getməsinin qarşısını almır.
İnsan Allahın ona verdiyi nemətlər qarşısındaməsuldur. İnsanın din, abır, ailəsi, malı qarşısındakı vəzifəsi – onlarıqorumaq və hifz etməkdir. Əgər qeyrətsizlik edərsə, həm ailəsi və həm də cəmiyyətüçün pis nəticələr gətirər.

Bir əminin qardaşı qızınaşəhvətlənməsi də dünyanın sonunun əlamətləri sayıla bilər. Şahidiolduqlarımızdan sonra daha betərlərinin olacağına şübhə qalmır.
P.S. Bir dostumdeyir ki, o, "qardaş qızının” anasından bəzi şeylər soruşmaq lazımdı və yaqızla atasının DNH testini etmək lazımdır. Çünki qan eyni olsaydı, "əmi” buşərəfsizliyi edə bilməzdi.

P.P.S. Bir rus atalar sözündə deyildiyi kimi, heçvaxt deməyək "heç vaxt”, hələ görəcəklərimiz qabaqdadı...


TƏQVİM / ARXİV