OTUZ SƏKKİZ İL…

FAİQ QİSMƏTOĞLU
72595 | 2017-04-07 14:41

… O illər, o günlər,o aylar yadımıza düşəndə bir anlıq da olsa cavanlaşır, gəncləşir və qayğısız günlərimizədönürük. O günlərə ki, bizim heç bir dərdimiz, qəmimiz, kədərimiz, həsrətimiz yoxidi. Bircə qayğımız vardı: imtahanları verib qurtarmaq, bir də istirahət vaxtı yaxşıdincəlmək. Bir balaca imkanımız olanda, özümüzü yaxşı hiss eləyəndə, kefimiz kökələndəo dəqiqə ya Şamaxıya, ya Qubaya, ya da Lənkərana gedərdik. Orda da o qədər dost-tanışvə doğma insanlar vardı ki, əlimizi cibimizə salmağa qoymazdılar. Nə başınızı ağrıdaq,yeyib-içər və gəzərdik…

Tələbəlik illər insanömrünün ən yadda qalan anlarıdır. Tələbəlik həm də gəncliyin sınaq çağıdır. Bu illərdəbiz çox şeyləri öyrənə bilmişik. Yəni nə öyrənməli yaxşı şey vardısa, elə bu illərdəəğz eləyə bilmişik. Bəzi tələbə dostlarımız yaxşı oxumaqla yanaşı, yaxşı da yeyib-içirdilər,zarafatlaşırdılar. Hər hansı biri məclisdə olmayanda o dəqiqə yeri görünürdü. Ammaelə ki, imtahanlar yaxınlaşırdı, yavaş-yavaş qayğılarımız çoxalar və sıxıntılarımızda artardı. İmtahanları verdik ki, qırışığımız açılardı. Elə bil yaz gələndə insanınovqatı, qırışığı necə açılırsa bizim də əhval-ruhiyyəmizo cür durulardı. Duru yazın duru havasında dupduru dənizə baxmağın özgə ləzzətivardı…

Axı tələbəlik illərindəndanışıram. Bizim tələbəlik illərimiz 1974-1979-cu illəri əhatə edir. Həmin dövrdəbiz Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsindəoxuyurduq. Uşaqlarımız indi də bir-bir yadımadüşür: Loğman, Səadət, Rəhman, Nizaməddin, Şünasib, Əhməd, Beydulla, Qismət, Azər,Əli, Ağalar… bir az bu yerdə kövrəlirəm. Çünki adını çəkdiyim bir neçə tələbə dostlarımızAllahın dərgahına qovuşublar. Heç QismətBabayevi, Nizaməddin Rəfiyevi, Ağalar Mirzəni, Əli Səfəroğlunu, Vaqif Əliyevi…unutmaqmı olar? Onlar öz həyatlarını yaşadılarvə bir gün də Allahın dərgahına köçdülər. Allah o dünyalarını versin! Tez-tez onlarıxatırlayırıq, yada salırıq. Çünki şairlər və yazıçılar heç vaxt ölmürlər. Əli Səfəroğluda, Ağalar Mirzə də, Qismət də gözəl şairlər idi. Bu gün də onların şeirləri aşıqlartərəfindən oxunur, müxtəlif televiziya kanalarında səsləndirilir.

Onda dünyanın yaxşıvaxtı idi. Səhv eləmirəmsə 3-cü kursda oxuyurduq. Mən də kəndə evimizə getmişdim.Evimizin çöldəki pilləkənlərində oturub kitab oxuyurdum. Bir də gördüm ki, həyətimizəbir «Jiquli» girdi. Sükan arxasında tələbə dostum Çingiz əyləşmişdi. Onun yanındayeznəsi və bir də fotoqraf Ağakişi oturmuşdu. Arxada isə mənim çox hörmət elədiyimvə yaxın dostum İbrahim Mehdiyev əyləşmişdi. Onlar həyətə daxil olan kimi ayağaqalxdım və maşına sarı yeridim. Maşını saxlamaqları ilə hay-küyləri həyəti buruməkləribir oldu.

Rəhmətlik atam ikincimərtəbədən aşağı düşdü. Rəhmətlik anam dedi ki, a kişi, Faiqin tələbə dostları gəlib.Atam da çox ağayana və qonaqsevər bir kişi olub. Evdə qonaq olmayanda həmişə darıxırdıq.Qonaqları görəndə elə bil ki, atamın gözünə işıq gəldi. Onlar hamısı atamla öpüşübgörüşdü və biz ikinci mərtəbəyə qalxdıq. Bir göz qırıpımında atam göstəriş verdiki, qapıdakı qara erkək kəsilsin. İki daşın arasında qəssab İrəvanı tapdılar, oda qara erkəyi kəsdi, yaxşı yerindən kabablar çəkdi. Bir qədər də buğlama bişirdilər.Atam rəhmətlik qardaşıma dedi ki, get təcili dayını gətir, de ki, Faiqin tələbəyoldaşları gəlib. Çünki o olmasa məclisi aparan olmayacaq. Nə olsun ki, bunlar jurnalistolacaqlar. Ancaq Hidayət həkimin ağzından dür tökülür. Qardaşım da Hidayət həkimitapıb gətirdi, yemək hazır olana qədər o gəlib çıxdı. Və stolun arxasında gözəlbir tamadalıq da elədi. Yaxın qohumlarımız da tələbə yoldaşlarımın gəlişini eşidibbizə təşrif buyurdular. Həmin vaxt Ağakişi çoxlu şəkil də çəkdi. Qoyunun kəsilməsianından tutmuş yeyib-içmək məqamına qədər hamısını lentə aldı. Həmin şəkillər bugün də ata evimizdəki albomda durur. O şəkilərə baxanda kövrəlirəm, atalı-analıvə qardaşlı günlərim yadıma düşür…

… Mən həmişə müəllimlərimivə tələbə dostlarımı çox istəmişəm. Onlardan ikisiylə – Rəhman Salmanlı və LoğmanRəşidzadə ilə tez-tez telefon əlaqəsi saxlayıram. Həmişə də danışanda ötən günlərixatırlayır, sevincli və kədərli anlarımızı yada salırıq. Bir az kövrəlirik, biraz gözümüz dolur, sonra da bu boşluq aradan qalxır və rəngimiz-ruhumuz durulur…

Elə tələbə yoldaşlarımvar ki, düz 38 ildir görmürəm. Düz 38 ildir onlarla heç bir əlaqəm yoxdur. Elə hərdən bir eşidirəm ki, qazaxlıNailə Almaniyadan gəlib Bakıya, bir-iki tələbə dostumuzla görüşüb və sonra da qayıdıbAlmaniyaya. Abdulla Məcid bizim tələbə dostlarımız arasında bir körpü yaradır. Mənidə tez-tez qınayır ki, sən uşaqlara qaynayıb qarışmırsan. Bəlkə də onun sözündəbir həqiqət var. Amma o həqiqəti də qəbul eləmək lazımdır ki, bu gün hər birimizino qədər qayğısı var ki, başımız açılanda özümüzü çox rahat hiss edirik. Başımızaçılanda deyirəm ha! Başımız da çox nadir hallarda açılır…

Aprelin5-də təxminən saat 12 radələrində redaksiyamızın dəhlizində tanış səslər eşitdim.Gördüm ki, kimlərsə «Faiq, Faiq» deyirlər. Otaqdan dəhlizə çıxdım və Abdulla Məcidigördüm. Sonra bir gözəl xanım gəldi. Abdulla dedi ki, bunu tanıyırsanmı? Təbii ki,müəyyən cizgilərindən az da olsa oxşatdım. «Nailədir»- dedim. Düz 38 ildir bu Nailə canıyanmışı görmürdüm.İndi tələbə vaxtından olduğundan daha da gözəl idi. Zarafat eləyirəm e, elə canıyanmıştələbə vaxtı da qəşəng idi. Qazaxlı olasan, şirin dilin olmaya? Onun şirin diliilanı da yuvasından çıxarardı. Tələbə dostlarımızdan biri istədiyi qıza xəbəri onunvasitəsiylə göndərirdi. Nailə də o xəbəri olduğu kimi qıza çatdırırdı. Həmin tələbdostlarımız ailə qurdular. İndi də xoşbəxt yaşayırlar. Tələbə vaxtı Nailəni necəsəmimi, necə sadə görmüşdümsə, elə indi də o cür idi. Çöhrəsindən nur yağırdı. Məni qardaşı bilib bağrına basdı.Elə mən də onu bacı kimi bağrıma sıxdım. 38 il bundan əvvəlin sevincini, fərəhinibir yerdə yaşadıq…

… Bir az keçdi Xavərgəldi. Xavər də çox zəhmətkeş və savadlı bir xanımdır. Tələbə vaxtı da hər bir əziyyətəqatlaşardı, öz gücünə, öz zəhmətinə imtahanları verərdi. Onsuz da bu həyat hərəmizibir cür sınağa çəkir, bir cür öz imtahanından keçirir. Və Xavər xanım da həyatınbu imtahanlarından – qarından, çovğunundan, sıxıntılarından keçməyi bacaran ziyalıdır.O heç vaxt çətinlikdən, zəhmətdən qorxmayıb. Elə buna görə də həmişə hər şeyə üstüngəlib…

… Əkbər isə elə-beləoğlan deyil. Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə mən Müdafiə Nazirliyininbriqadası ilə cəbhə bölgəsinə getmişdim. Laçında olarkən Əkbərlə rastlaşdım. Gözləriməinanmadım. Gördüm ki, Əkbər əynində zabit paltarı artilleriya komandiridir. Öpüşübgörüşdük. O isə heyrətləndi ki, mən Laçına necə gəlib çıxmışam. Dedi rəhmətliyinoğlu, canından bezmisən? Hər an burda ölüm ola bilər, Mən də dedim ki, qardaş, səndənartıq oğlan deyiləm ki, sən odun-alovun içindəsən, mən niyə kənarda qalmalıyam?Bax, onda Əkbərlə bir-iki saat bir yerdə olduq və bir stəkan da səngərdə çay içdik.O çayın dadı-tamı heç vaxt yadımdan çıxmayıb…

Tələbə dostlarımıztəsadüfən bizim redaksiyaya təşrif buyurmamışdılar. Onlar bizim hamımızın sevimlisivə böyük qardaş saydığımız «Azərbaycan» qəzetinin əməkdaşı Rəhman Salmanlıya həyatyoldaşı Kəmalə xanımın vəfatından kədərlənərək başsağlığı verməyə gəlmişdilər. Rəhmanbizim qrupun ağsaqqalı olub. Heç vaxt dərdini, kədərini, qəmini kiminləsə bölüşməyib.Amma birimizin sıxıntısı olan kimi, dərdi olan kimi yanımızda olub və bizə «qorxma»deyib. Biz tələbə dostları da Rəhmanın hüznlü anlarında onu heç vaxt tək buraxabilməzdik. Çünki Rəhman çox böyük ürək sahibi, çox böyük qəlb sahibidi. Əgər desəm ki, Rəhmanın ürəyinə bu dünyasığar, səhv eləmərəm…

Bir anlıq o illərəqayıtmağımız, tələbəlik illərini yada salmağımız Nailəni də, Abdullanı da, Xavəridə, Əkbəri də, məni də gövrəltdi. Nə yaxşı onlar vaxt tapıb 6-cı mərtəbəyə mənimyanıma qalxdılar. Nə yaxşı biz görüşə bildik və tələbəlik illərini yada saldıq.Və nə yaxşı ki, bu çətin zəmanədə ağrılı-acılı günlərdə və aylarda dostlarımız bir-biriniarayıb-axtarır. İnsan bir-birini arayıb-axtaranda daha böyük olur, daha güclü özünühiss eləyir…

TƏQVİM / ARXİV