adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Aprel 2017 12:27
14255
KRİMİNAL
A- A+

Kollec müəlliməsini həyat yoldaşı qətlə yetirdi, 10 il 6 ay azadlığından oldu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Bakı şəhər sakini Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əkbərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-cı il oktyabrında Bakı şəhər sakini Dilarə Hüseynova açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yaralı xəstəxanada dünyasını dəyişib. Araşdırmalar zamanı qadının həyat yoldaşı N.Ələkbərzadə tərəfindən taxta parçası ilə döyüldüyü müəyyənləşib və o, saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən D.Hüseynova Bakı Biznes və Kooperasiya Kollecində müəllim işləyirmiş.