adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Aprel 2017 23:00
6683
İDMAN
A- A+

“Qarabağ” və “Qəbələ” finalda

Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Adalet.az xəbər verir ki, günün ikinci qarşılaşmasında "Qarabağ”la "Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.

Matç qolsuz bərabərliklə yekunlaşıb. Səfərdə iki cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri növbəti mərhələyə adlayıblar.

Beləliklə, Azərbaycan kubokunun finalında "Qarabağ” və "Qəbələ” klubları qarşılaşacaqlar.

Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.