adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Aprel 2017 22:09
5879
İDMAN
A- A+

Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi – VİDEO

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Adalet.az  xəbər verir ki, günün ilk qarşılaşmasında "Qəbələ” klubu doğma meydanda "İnter”i qəbul edib.

İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn meydan sahibləri bu dəfə də inamlı təsir bağışlayıblar. Matç Roman Qriqorçukun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Daniel Subotiç və Baqali Dabo, müvafiq olaraq, 12 və 33-cü dəqiqələrdə fərqləniblər.

Digər yarımfinal matçında "Qarabağ” və "Neftçi” komandaları qarşılşacaq.