adalet.az header logo
  • Bakı 12°C
05 Aprel 2017 21:35
16378
KRİMİNAL
A- A+

Gürcüstanda narkotik satışı ilə məşğul olan azərbaycanlılar saxlanılıb

Gürcüstanda qanunsuz narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb. Onların arasında azərbaycanlılar da var.

Adalet.az-ın APA-ya istinadən məlumatına görə, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmisi Mixeil Caqnidze keçirdiyi xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı Poniçala kəndində (Soğanlıq), habelə Qurcaani rayonunda keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslərin dördü Gürcüstan, biri isə Rusiya vətəndaşıdır.

26 yaşlı Azər A.-nın evində axtarış zamanı 24 paket heroin, əvvəllər məhkumluq həyatı yaşamış 27 yaşlı Nizadil Q.-dan 3,9872 qram 23 paket heroin, 34 yaşlı Elməddin M.-in evində 3,2181 qram heroin, 29 yaşlı Ruslan. İ.-nin evində isə 1,5 qram psixotrop maddə aşkar edilib. Aşkarlanan narkotik maddənin ümumi miqdarı 13 qramdır.

Qeyd edək ki, Ruslan. İ adlı şəxs Rusiya vətəndaşıdır. Ona ömürlük, yaxud 20 illik həbs cəzası verilə bilər. Digərləri isə 11 illik həbs cəzasına məhkum edilə bilər.