adalet.az header logo
  • Bakı 20°C
05 Aprel 2017 16:58
22608
MARAQLI
A- A+

Şimali Koreyanın əhalisinə yedirdiyi yalanlar

Şimali Koreyalılar dünyanın ən ağıllı insanlarından daha ağıllı çıxıblar. Çünki bu ölkədə müalicəsi mümkün olmayan xəstəlik yoxdur. Ebola və SPİD Afrikada çox can aldığı halda Şimali Koreyada buna və aq ciyər sindromuna qarşı dərman tapılıb. Dərmanın adı Jenşendir. Bu bitki xüsusi inqridentlər vasitəsi ilə yetişdirilir və digər prosesləri isə dövlət tərəfindən yüksək məxfilik altında saxlanılır. Formul ölkə alimləri tərəfindən "Kımdan-2 olaraq adlandırılır. Təəssüf ki, bu formul haqqında bir o qədər məlumat yoxdur.

Hamburgerin qaranlıq "keçmişi”

Hamburgerin kəşf olunması indiyə qədər mübahisəli bir mövzudur. Ən azından XIX əsrdə 6 nəfər amerikalı bunu icad etdiyini irəli sürmüşdür. Tarixçilər isə deyirlər ki, bu yemək ola bilsin ki, daha öncə icad olunub. Şimali Koreyada isə hamburgerin tarixi ilə bağlı yekdil fikir var. Orda hamıya məlumdur ki, hamburger icad olunandan 100 il sonra onu ali baş komandan Kim Çen Ir icad edib. Fərziyə olunurdu ki, Kim Çen Ir keçmişə gedərək hamburgeri icad edib geri dönmüşdü. Olimpiya idmançılarına Kim Ser Inın ruhu kömək edir. Bir neçə il əvvəl Macarıstanla Şimali Koreya arasında keçirilən futbol oyununda Şimali Koreya rəqibinə 98-0 hesabı ilə qalib gəlmişdi. Məhz bu futbolçulara Kim Ser Inın ruhu kömək etmişdi. Deyilənə görə, əgər hər bir idmançı yarışa qatılmamışdan öncə Kim Ser Inın şəklini 3 dəfə öpərək alnına qoysa və 2 dəfə ona əyilərək sitayiş etsə, onun ruhu idmançını yarış zamanı daima qoruyacaqdı. Şimali Koreyadan alınan məlumata görə, orada heç bir zaman bürünc və gümüş medal qazanılmamışdı. Çünki onlar sadəcə 9700 qızıl medal və özlərinin icad etdiyi 70000 platin medal qazanmışdı.

Təkbuynuzlu atın tapılması

Dünyada təkbuynuzlu atlar mövcuddur. Şimali Koreya bunu sübut edib. Koreya müharibəsindən bir neçə il sonra, 1957-ci ildə belə bir şaiyələr gəzirdi ki, şimali koreyalılar ordularında at yox, məhz təkbuynuzlu atdan istifadə etmişdir. Şimali koreyalılar özlərinin xəbəri olmadan təkbuynuzlu atla müharibədə vuruşublar. Yaxın illərdə 2006-cı ildə ölkənin lideri demişdir ki, onlar bu atları xüsusi olaraq kapitalistlərə qarşı yetişdirirlər.

Yaponlar zamanı oğurlayırlar

Ölkələr işğal olunduqda onlardan milli sərvətlər, sənət əsərləri və tarixi abidələr talanır. Lakin yaponlar Şimali Koreyada çox qeyri-adi bir şey oğurlayıblar – zamanı. İllər sonra 2015-ci ildə mərd, qorxusuz lider Kim Çen In nəhayət ki, ədaləti bərpa etməyi qərara gəldi. Şimali Koreya öz saatlarını 30 dəqiqə qabağa çəkərək dünya imperializmi üzərində qələbə çaldı. Bu hadisə ölkədə bayram kimi qəbul olunmuş və Şimali Koreyalılar hər il bu günü təmtəmraqla qeyd edirlər.

Kim Çen Ir qeyri-adi gücə malik insan idi

Xalqın liderləri Şimali Koreya üçün əsas mövqedir. O dərəcədə əsas mövqedir ki, onlar Kim Çen Irı Tanrı kimi qəbul etmişdilər. Deyilənə görə, o, 2 aylığından artıq sərbəst danışır, 6 aylığından sərbəst yeriyir, 11 aylığında isə artıq şeir yazırdı. Belə bir fakt var ki, Kim Çen Ir qolf oynayarkən ilk oyunda bir zərbə ilə bir topu 11 dəliyə salmışdır. Xalqın dediyinə görə isə Kim Çen Ir heç bir zaman ayaqyolundan istifadə etməyib. Hətta o qəzəblənəndə hava dəyişirdi, kədərli olduğu zaman yağış yağırdı, əsəbləşdiyi zaman şimşək çaxırdı, şad olduğu zaman da gün çıxırdı. Və deyilənə görə, o bir səfərində pektusan vulkanından bezdiyi üçün oraya qalxaraq vulkanı söndürmüşdü.

Kim Çen In vunderkingdir

Şimali Koreyanın hal-hazırki ali baş komandanı Kim Çen Ir öz qeyri-adi bacarıqlarına və savadına görə, ölkədə çox məşhurdur. Deyilənə görə, o, «kub-rubik»i cəmi 1,5 saniyəyə yığa bilir. O, sizə eramızdan əvvəl 7405-ci ilin 6 mayının hansı həftə gününə düşdüyünü dəqiq deyə bilər. Hətta ölkə xəbərlərində deyilmişdir ki, Kim Çen In günəşi kəşf etmək üçün günəşə uçmuşdur və istidən yanmaması üçün bu əməliyyatı gecə yerinə yetirmişdir.

Hazırladı: Yılmaz İbrahimov