adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Aprel 2017 16:15
18044
İQTİSADİYYAT
A- A+

Azərbaycanda hotellərin 80-85%-i dolub

"Hazırda Azərbaycana turistlərəsasən 26 ölkədən gəlir”.

Adalet.az "Marja”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiriAydın İsmiyevdeyib.

Şöbə müdiri qeyd edib ki, bu ilin yanvar-fevral aylarında həmin ölkələrdən gələnlərin sayında artım müşahidə olunub:

"Azərbaycana turist axını əsasən Körfəz ölkələri, İran, Rusiya və Avropa ölkələrindən gəlir. Ümumilikdə, turistaxını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxaracaq.

Bu il aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub. Proqnoza görə, ölkəyə gələn turistlərin sayında böyük artım gözlənilir. Bakıda keçiriləcək İslam Həmrəyliyi, Şopinq Festivalı və digər tədbirlər turistlərin müəyyən qədər artmasına imkan yaradacaq”.

"Rusiya və ərəb ölkələrindən turist axını 10-15, digər ölkələrdən gələnlərin sayı isə 20-30 dəfə artıb. Ərəb ölkələrindən gələn turistlərə vizaların hava limanlarında verilməsi turizmin inkişafına böyük təkan verib”, - deyə A.İsmiyev vurğulayıb.