adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Aprel 2017 16:10
6590
İDMAN
A- A+

Bakıda “Formula 1” yarışı üçün trekdə dəyişiklik olacaq?

Bakıda "Formula 1” üzrə Azərbaycan Qran Prisinin keçirilməsi üçün nəzərdə tutulan trekinbəzi döngələrində əlavə polad lövhələr yerləşdirməyə çalışacağıq. Belə tədbirlər təhlükəsizliyi daha da gücləndirmək məqsədilə həyata keçiriləcək.

Adalet.az xəbər verir ki, bunu "Formula 1” üzrə 2017-ci il Azərbaycan Qran Prisinin keçiriləcəyi ərazi ilə tanışlıq zamanı Bakı Şəhər Halqasının (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Batçer jurnalistlərlə deyib.

Onun sözlərinə görə, 2017-ci ildə trekin konfiqurasiyası dəyişilməyəcək, lakin FİA bu il bəzi dəyişiklikləri tövsiyə edib:

"5 döngədə əlavə baryer quraşdırmağa, bəzi döngələrdə əlavə polad lövhələr yerləşdirməyə çalışacağıq. Bunlar təhlükəsizliyi daha da gücləndirmək məqsədi ilə edilib. Yüksək sürətli hərəkət böyük risk tələb edir”.

O bildirib ki, "Formula 1” yarışı üçün tikintilərə 80 faiz yerli şirkətlər cəlb edilib.

"İnşaat işləri yerli şirkət tərəfindən həyata keçirilir. Bu, Azərbaycanda işçi qüvvəsinin imkanlarının daha da yaxşılaşdırılmasına və təcrübə qazanılmasına şərait yaradır. Biz növbəti illərdə bunu daha yüksək səviyyəyə çatdırmağa çalışacağıq.

Yerli kadrların lazımi təcrübə və bacarıqlara yiyələnmələrinə çalışırıq. Trekin asfalt işləri və təhlükəsiz baryerlər yerli şirkətlər tərəfindən həyata keçirilir. Pit binasının tikintisinə 4 yerli şirkət cəlb olunub.

Tribunaları da yerli şirkət quraşdırır. İnşaat işlərində yerli kadrların hazırlanmasına xüsusi önəm verilir. Həmin kadrlar ötən il əldə etdikləri təcrübəni bu il də unutmayıblar. Bu, Azərbaycanın qazancıdır və region ölkələrində keçirilən müvafiq tədbirlərdə yerli işçilər asanlıqla çalışa bilərlər”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda olacaq.