adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Aprel 2017 13:22
15185
KRİMİNAL
A- A+

Gömrükçülər külli miqdarda siqaret müsadirə olunub

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Adalet.az-verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ayaqaltılarının altından gömrük nəzarətindən gizlədilən 8200 ədəd "NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.