adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Aprel 2017 21:37
5687
İDMAN
A- A+

“Neftçi”nin qapısına akrobatik zərbə ilə qol – VİDEO

Azərbaycan Premyer Liqasının XXIV turunda "Sumqayıt” klubunun futbolçusu Amil Yunanov "Neftçi” komandasının qapısına akrobatik zərbə ilə qol vurub.

Adalet.az xəbər verir ki, hücumçu matçın 63-cü dəqiqəsində fərqlənərək komandasının qələbəsində pay sahibi olub.

Qeyd edək ki, aprelin 2-də keçirilən qarşılaşma "Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Kimyaçılar” bu qələbədən sonra xallarının sayını 28-ə çatdıraraq turnir cədvəlində 5-ci pilləyə yüksəliblər. "Neftçi” isə 26 xalla 6-cı pillədə qərarlaşıb.

Növbəti turda "Sumqayıt” səfərdə AZAL-ın, "Neftçi” isə "Kəpəz”in qonağı olacaq.