adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Aprel 2017 17:05
22836
MARAQLI
A- A+

Bir dəfə gördüyü şəhəri ən incə detallarına qədər çəkən rəssam – FOTO

İngiltərənin ən məşhur rəssamlarından olan Stefan Viltşircəmi bir dəfə havadan gördüyü şəhər mənzərələrini, küçələri, parkları, prospektləri vəbütün detalları ilə vərəqə köçürür.

Adalet.az xəbər verir ki, artıq bütün dünyada tanınan Stefan"National Geographic”in"Genius” (Dahi) layihəsinin qonağı olub.

3 yaşında olarkən autizm diaqnozu qoyulan rəssam ilk vaxtlarda məktəbdə, cəmiyyətdə insanlara ayaq uydurmaqda çətinlik çəksə də, daha sonra o, müxtəlif təbiət mənzərələri, müəllimlərinin karikaturalarını çəkərək rəsm sahəsində qabiliyyəti olduğunu göstərib.

Vaxt keçdikcə Stefan Londonda gördüyü binaları çəkməyə başlayır, bir dəfə bacısı onu hündürmərtəbəli bir binanın 12-cü mərtəbəsinə apardıqdan sonra isə o, şəhər mənzərəsini daha geniş, daha detallı planda görə bilir.

Stefan 13 yaşındaykən ilk rəsm kitabı işıq üzü görüb. Məşhurluğu get-getə artanrəssammüxtəlif televiziya proqramlarına, sənədli filmlərdə iştirak etməyə dəvət olunub.

1989-cu ildə Venesiyaya səyahət edən zamançəkdiyi şəhərin panoramik mənzərəsi isə onun bütün dünyada tanınmağı üçün vəsilə oldu. Bundan sonra isə o, Qüdsdən Sidneyə qədər bir çox şəhərlərin mənzərələrini kağıza köçürüb. Nyu-Yorka 20 dəqiqəlik helikopter turundan sonra isə şəhərin mənzərəsini 5,7metrlik kağıza çəkib və bu hadisəni izləyicilər veb-kameralar vasitəsilə canlı izləyiblər.

Daha sonra o, Londonda öz şəxsi qalereyasını açıb, rəsmlərindən biri isə Londonun Hitrou aeroportunda ölkəyə gələnləri qarşılayır.