adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Aprel 2017 16:52
5001
ELM VƏ TƏHSİL
A- A+

DİM imtahan iştirakçılarına xəbərdarlıq edib

Magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Adalet.az-a verilən məlumata görə, "İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün Dövlət İmtahan Mərkəzinin saytının müvafiq səhifəsinə daxil olub "şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır.

"İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, "Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur.

"İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi və "İmtahana buraxılış vərəqəsi”ni özünüzlə gətirməyi unutmayın”, - deyəDİM imtahanda iştirak edəcək şəxslərə xəbərdarlıq edib.