adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Aqil ABBAS:RƏSUL RZA VƏ POLAD BÜLBÜLOĞLU…

AQİL ABBAS
82891 | 2017-04-05 12:17

Vaxtilə Azərbaycanıngörkəmli şairi Rəsul Rza Lenin mükafatınatəqdim edilmişdi. Həmin dönəmlərdə Lenin mükafatı təkcə SSRİ-nin ən ali mükafatısayılmırdı, həm də dünya sosialist düşərgəsininən ali mükafatıydı, yəni kommunistlər üçün Nobel mükafatı səviyyəsindəydi. Başqaxalqlardan bu mükafatı alanlar çox idi.

Yəni bir azərbaycanlışairin Lenin mükafatı alması xalqımız üçün qürurverici bir hadisəyə çevriləcəkdi. Amma olmadı. Niyə? Niyəsi çox sadədi.

Həmin dövrdə Azərbaycandaqəzetlərdə Rəsul Rzanın əleyhinə, daha dəqiq desək, Rəsul Rza yaradıcılığının əleyhinəciddi bir kampaniya başladıldı. Xüsusilədə Lenin mükafatına təqdim olunmuş əsərini yıxıb sürüdülər. Hələ Moskvaya nə qədərimzalı və imzasız donoslar getdi, bunu dəqiq bilmərik.

Anar bu barədə yazır.İşlə bağlı Moskvaya gedərkən ona bəzi rəsmisənədləri verirlər ki, mükafat komitəsinətəqdim eləsin. Sənədləri komitəyə təqdim edərkən Anara stolun üstə qalaqlanmış qovluqları göstərib kinayə ilədeyirlər, siz bu sənədləri gətirənə qədər Azərbaycandan Rəsul Rzanın əleyhinə görünnə qədər məktub göndəriblər.


VəRəsul Rzaya mükafat verilmədi.

Belə-beləişlər…

İndiAzərbaycanın dünyaca ünlü görkəmli bəstəkarı və dövlət xadimi Polad BülbüloğlununYUNESKO-nun baş direktorluğuna namizədliyi irəli sürülüb. Və bir çox ölkələr PoladBülbüloğlunun namizədliyini dəstəkləyir. Və təbii ki, hörmətli Polad müəllim buvəzifəyə ən layiqli namizədlərdən biridir. Bir azərbaycanlının dünyanın çoxmöhtəşəm bir təşkilatına rəhbər təyin edilməsi həm xalqımıza, həm də ölkəmizəşərəf gətirər.

Möhtərəmprezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasətin, eləcə də Heydər ƏliyevFondunun və onun sədri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanınapardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanı YUNESKO ilə çox möhkəmtellər bağlayır. Mehriban xanım ƏliyevanınYUNESKO-nun xoşməramlı səfiri seçilməsi də bunun bir nümunəsi və sübutudur. İndi bir azərbaycanlınınbelə bir möhtəşəm təşkilata rəhbər təyinedilməsi xalqımıza və ölkəmizə şərəf gətirər,şöhrət gətirər və Azərbaycanın dünyada sözünün eşidilməsində böyük rol oynaya bilər. Eləcə dəazərbaycanlıların düşmənlərinə bu bir zərbədi.

Ammabu söhbət ortaya çıxandan sonra vaxtilə RəsulRzaya qarşı başlanan kampaniya indi də Polad Bülbüloğluna qarşı başlayıb. Təbii ki, öz qəzetlərimizdə və saytlarımızda.Elə özümüz bu görkəmli sənətkara ləkə atmaq, gözdən salmaq üçün bir yarışa girmişik. Az qala Rusiyadahansısa bir azərbaycanlının qrip olmasındada Polad Bülbüloğlunu günahlandırırıq. Kampaniya bir xeyli öncə başlamışdı, ammasəngimişdi. Elə ki YUNESKO məsələsi ortaya çıxdı, vurçatlasın yenə başladı.

Dünyanıniki nəhəng ölkəsindən birində Azərbaycan dövlətini təmsil edən bir şəxsə, möhtərəmprezident İlham Əliyevin inandığı və etibaretdiyi bir şəxsə bu cür münasibət heç cürə başa düşülən deyil. Hətta geriçağırılmasını tələb edənlər də var. Görəsən bu adamlar dövlət siyasətini, kiminharada, hansı vəzifədə çalışacağını dövlətbaşçısından yaxşımı bilirlər?

Allahsənə rəhmət eləsin, Mirzə Cəlil. «Molla Nəsrəddin» jurnalında bir karikatura çapeləmişdi: cəhənnəmdə üç qır qazanı ocağın üstündə, birinin ağzı möhkəm-möhkəm bağlanıb, birinin qapağı bir balaca aralanıb bir nəfər qazandançıxır, əlini atıb birini də özüylə bərabərqır qazanından çıxarmaq istəyir. Birinin isə ağzı açıqdı, bir nəfər çıxmağa çalışır, beş-on nəfər yapışıb ətəyindəndartır qır qazanına. Soruşurlar ki, bunədi belə? İzah edir: ağzı bağlı qazan yəhudilərindi.Bir balaca deşik tapdılarmı hamı köməkləşibaradan çıxacaq. İkincisi ermənilərindi, biri çıxıb, əlini atır çalışır ki, birini də qır qazanından çıxarsın. Üçüncüsü isə azərbaycanlılarındı, biricanını xilas etmək istəyir, hamı yapışıbətəyindən ki, buraxmarıq ey, sən dəbizimlə yanmalısan.

Lətifəsi uzaq olsun,indi birimiz yüksələndə əllimiz ətəyindənsallaşırıq ki, olmaz. Badalaq vurubyıxmalıyıq.

Yeri gəlmişkən. ŞevardnadzeSiyasi Büroya üzv seçiləndə də, SSRİ xarici işlər naziri təyin ediləndə də GürcüstandanMoskvaya, Sov.İKP MK-ya bəlkə də on minlərlə təşəkkür teleqramı və Şevardnadzeyədə təbrik teleqramları göndərilmişdi və göndərilirdi.Ulu Öndər Siyasi Büroya üzv seçiləndə də, SSRİ Nazirlər Soveti sədrinin birincimüavini təyin ediləndə də Azərbaycandan Sov.İKPMK-ya Heydər Əliyevin əleyhinə minlərlə teleqramlar vurulmuşdu və vurulurdu.

Görünür, hələ dəbu xəstəlikdən sağalmamışıq. Şair Qürbət Əziz demiş, millət deyilik ey, kefik başdan-ayağa.

P.S. Yazını hazırlarkənLenin mükafatı alanların siyahısına bir göz gəzdirdim. Azərbaycandan yalnız görkəmli bəstəkar Qara Qarayevin, kosmik tədqiqatlarınözüllərini qoyanlardan biri, general-leytenant Kərim Kərimovun və geoloqlar Fuad Səmədovun, Fərman Salmanovun, ƏnvərƏlixanovun, ömrünün ən gözəl çağında dünyadan köçmüş SSRİ Qaz Sənayesi naziri SabitOrucovun adları çıxdı. Və bir də bu mükafatıkinorejissor Cavanşir Məmmədovun 1959-cuildə çəkdiyi «Dənizi fəth edənlər» filmialıb, amma orda da Cavanşir Məmmədovun adı siyahıda yoxdu. Necə olur, film alır, müəllif yox. Yəni bir əlin barmaqlarınınsayı qədər.

Ammasiyahıda erməniləri sayıb qurtara bilmədim:onlarla. Eləcə də gürcüləri.


TƏQVİM / ARXİV