adalet.az header logo
  • Bakı 21°C
04 Aprel 2017 13:53
5857
ELM VƏ TƏHSİL
A- A+

BDU iki şirkətin reytinqində birincidir

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi və Media Consulting and Services şirkəti 2017-ci ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb.

Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal, elektron vasitələrdə yayımlanan 1600 sayt, 12 televiziya və 12 radio kanalı, sosial şəbəkələr daxildir. Media Təqib Mərkəzinin monitorinqinə əsasən, qəzet, jurnal, sayt, televiziya və radio kanallarında Bakı Dövlət Universiteti liderliyini qoruyub.

Bu barədə Adalet.az-a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Media Consulting and Services şirkətinin mart ayı üzrə apardığı monitorinqin nəticələrinə görə Bakı Dövlət Universiteti ilk yerdə qərarlaşıb. BDU 1513 xəbərlə birincidir. Sonrakı yerləri ADU, UNEC, ATU, BANM, AzTU, ADA, BSU, AU, ADPU tutub.