adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Aprel 2017 13:02
20806
MARAQLI
A- A+

Fironun ölüm səbəbi: velosipeddən yıxılıb

Sosial şəbəkələrdə Misir fironu Tutanxamonun ölüm səbəbi müzakirə olunub. Yayılan yeni versiyalara görə, firon velosipeddən yıxılaraq ölüb.

Publika.az "Daily Mail"-a istinadən xəbər verir ki, bu gün yayılan informasiayanı Tutanxamonun ölümünü araşdıran alimlər açıqlayıb.

Fironun məzarlığında tapılan qədim qurğu öz forma və quruluşuna görə müasir ikitəkərli velosipedi xatırladır.

Gələcəkdə Misirdə aparılan tədqiqatlarda başqa qurğuların da aşkarlanacağı güman edilib.

Tutanxamon e.ə 1332-1323-cü illərdə yaşayıb. Onun sol ayağı sınmışdı. Vəziyyəti ağırlaşan firon 19 yaşında vəfat edib.

İkitəkərli velosiped isə XIX əsrin əvvəllərində alman baronu Karl Drezom tərəfindən icad olunub.

Oxuyucular bunun 1 aprel zarafatı olduğunu düşünüblər.