adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Aprel 2017 15:44
15743
KRİMİNAL
A- A+

Ötən gün 81 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 81 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 36 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər tutulub.