adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Mart 2017 19:38
9264
MƏDƏNİYYƏT
A- A+

Avropa Yayım İttifaqı Ukraynaya etiraz məktubu göndərib

Avropa Yayım İttifaqı Ukrayna baş naziri Vladimir Qroysmana məktub ünvanlayıb.

Adalet.az-ın xəbərinə görə, bu barədə "Deutsche Welle”nin Ukrayna bürosu məlumat yayıb.

Məktubda Rusiyanın "Eurovision” təmsilçisiYuliya Samoylovanın Kiyevə buraxılmayacağı ilə bağlı qərara narazılıq ifadə olunub. Qeyd olunur ki, ittifaq üzvləri qərarı mənfi qiymətləndirir və bəzi Avropa yayım şirkətləri "Eurovision”un yayımlamaqdan imtina edir.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı təmsilçinin 2015-ci ildə Krıma səfər etməsi ilə əlaqədar Ukraynaya girişinə qadağa qoyub.