Baxmalı “Bəxtəvər”

ETİBAR CƏBRAYILOĞLU
54145 | 2017-03-31 18:50

Bakı ilə Təbriz arasında mədəniyyət körpüsü yaradanlayihəni tamaşaçılar maraqla qarşıladılar

Martın son həftəsində Dövlət Musiqili Teatrınagələn tamaşaçıların arasında iranlı turistlərin çoxluq təşkil etməsi müşahidəolundu. Novruz tətilini keçirmək üçün Azərbaycanı seçən İran İslam Respublikasıvətəndaşlarının məhz bu teatra axın etməsi səbəbsiz deyildi.

Mədəni turizmlə bağlı maraqlı və müştərək layihə

Azərbaycanda turizmin inkişaf etdirilməsinə böyükdiqqət göstərilir. Bu sahədə atılan addımlar nəticəsində ölkəmizə gələnəcnəbilərin sayında da kəskin artım müşahidə olunur. İlin müxtəlif fəsillərindəhəm Bakıda, həm də ayrı-ayrı bölgələrimizdə dincələn xeyli sayda xarici turistərast gəlmək mümkündür. Qonşumuz İran İslam Respublikasından gələn qonaqlaronların arasında üstünlük təşkil edir. Məhz bunu nəzərə alan Azərbaycan DövlətMusiqili Teatrı mədəni turizmlə bağlı orijinal beynəlxalq layihə həyatakeçirdi. Məlum olduğu kimi, mədəni turizm anlayışı ilk dəfə 1980-ci ildə AvropaBirliyinin mədəni kimliyi və mədəni mirası ortaya çıxarmaq üçün apardığıaraşdırmalardan sonra meydana gəlib. Tarixi-mədəni turizm-təbii, tarixi-mədəni abidələr,teatr, muzey, xalqların həyatı, adət-ənənələri ilə tanış olmaq məqsədi iləhəyata keçirilən turizm fəaliyyətidir.

Son illərdəki təqdirəlayiq fəaliyyəti ilə diqqətçəkən, Azərbaycan teatrının inkişafına və incəsənətimizin təbliğinə töhfə verənDövlət Musiqili Teatrı mədəni turizmlə bağlı bir ilkə imza atmağı bacardı.Teatrın iranlı həmkarları ilə birgə reallaşdırdığı beynəlxalq layihə böyükmaraq doğurdu. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin ideya müəllifliyi vəbədii rəhbərliyi ilə hazırlanan "Bəxtəvər” layihəsi üçün qonşu İranda çalışanteatr xadimlərinin tərəfdaş seçilməsi və tamaşanın məhz Novruz bayramıərəfəsində təqdim edilməsi heç də təsadüfi deyildi.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, son illərİrandan Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilir.İranlı qonaqların çoxu ortaq bayramlarımızdan sayılan Novruzda istirahətiniölkəmizdə, onun paytaxtı Bakıda keçirməyə üstünlük verir.

Məhz bunu nəzərə alan layihənin müəllifi vətamaşanın bədii rəhbəri Əliqismət Lalayev iranlı turistləri Dövlət MusiqiliTeatrına cəlb etmək istəyib: "Rəsmi rəqəmlər də sübut edir ki, Novruz bayramıilə bağlı tətil günlərindən qonşu İrandan ölkəmizə çoxlu sayda turist gəlir. Azərbaycandamədəni turizmin inkişafına töhfə vermək, həmin turistləri teatrımızın tamaşaçısınaçevirməklə mədəniyyətimizin, incəsənətimizin təbliğinə nail olmaq və iki qonşudövlət arasında mədəni əlaqələri daha da gücləndirmək məqsədi ilə belə birlayihə həyata keçirmək istədik. İranda gülüş ustası kimi yetərincə populyarlıqqazanan Babək Nəhreyini bu layihəyə cəlb etməklə tamaşamıza iranlı turistlərinmarağını daha da artırdıq. "Bəxtəvər”in biletləri həm Bakıda, həm də İranınayrı-ayrı şəhərlərində satıldı və deyə bilərəm ki, qonşu ölkədən gələnturistlər bu müştərək layihəyə böyük maraq göstərdilər. Maddi məsələ özyerində, bizi işin mənəvi tərəfi daha çox maraqlandırırdı, "Bəxtəvər” oynanılangünlərdə teatrımıza gələn iranlı turistlər dövlətimizin teatrlara göstərdiyidiqqət və qayğını əyani şəkildə gördülər, kollektivimizin yaradıcılıq imkanlarıilə tanış oldular. Əminəm ki, onlar Bakıya növbəti səfərlərində təkcə DövlətMusiqili Teatrının deyil, digərteatrlarımızın da tamaşalarına maraqla baxacaqlar”.

Ana, özün fikirləş, axı nə deyim sənə...

Tamaşanın özünə gəlincə, "Bəxtəvər” şousunun süjetxətti olduqca sadədir. Bəxtəvər evlənmək istəyir. Anası oğlunun sevdiyi qızınadını eşidəndə şoka düşür, çünki Bəxtəvərin istədiyi qız Şahın qızıdır. Şahınisə öz tələbi var, o, bir neçə ildir üzü heç gülməyən qızını elə bir oğlana ərəvermək istəyir ki... Bəxtəvər istəyinə çatmaq üçün bütün çətinliklərə dözür vəsonda sevgisinə qovuşur.

Əsərin müəllifi və baş rolun ifaçısı BabəkNəhreyin, quruluşçu rejissoru, maraqlı yaradıcılıq işləri ilə İranda yaxşıtanınan Yaqub Sadıqcamalidir. İran İslam Respublikası Mədəniyyət NazirliyininMərkəzi Teatrlar İdarəsinin məsul əməkdaşı Atabəy Nadiri isə bu layihənin qonşuölkə tərəfindən əlaqələndiricisidir.

Onu da vurğulamaq yerinə düşər ki, tamaşadaBəxtəvər rolunu yaradan Babək Nəhreyin istedadlı aktyor olmaqla yanaşı həm də bacarıqlıteatr təşkilatçısıdı, Təbriz Teatrına rəhbərlik edir. O, eyni zamanda, İranİslam Respublikasının Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir.

Tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, ƏkbərƏlizadə, aktyorlardan Ülviyə Əliyeva, Möylə Mirzəliyev, Elxan İsmayılov, AğaxanŞərifov ifa edirlər. Təbriz Teatrı isə bu layihədə aktyorlar Camal Sadıqnecad, BəhmənTaqipur və Cavad Əkbəri ilə təmsil olunur.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənətxadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayevvə Yelena Ağayeva, konsertmeysteriFidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və TamillaAslanovadır.

"Həm şadam, həm bəxtəvər”

İranın tanınmış komediya ustası Babək Nəhreyin bulayhidə təmsil olunduğuna görə özünü xoşbəxt sayır: "Şadam ki, belə birmöhtəşəm teatr binasında səhnəyə çıxdım. Azərbaycana gələn həmvətənlərimqarşısında Bakıda tamaşa oynamaq, onların alqışlarını eşitmək tamam fərqli birhiss idi. Zaldakı azərbaycanlı qardaş və bacılarım da məni yaxşı qarşıladılar.Azərbaycanın istedadlı aktyoru Şövqi Hüseynovla görüşüb tanış oldum. İki qardaş və qonşu dövlətarasında mədəni körpü yatarmaq üçün bu çox lazımlı layihə oldu. ƏliqismətLalayevə təşəkkür edirəm, çünki bu layihədə onun böyük zəhməti var”.

"Bəxtəvər”i Bakıda izləyən iranlı tamaşaçılar damüştərək layihədən razı qaldıqlarını bildirdilər. Rza Cavadi fikirlərini beləifadə etdi: "Babək Nəhreyini dönə-dönə izləmişəm, bu gün onu ilk dəfə Bakısəhnəsində gördüm. Musiqili Teatrın binası möhtəşmdir. Növbəti səfərimizdə buteatrın başqa tamaşalarına baxmaq istəyərəm”.

Yaqub Süleymanzadə: "Ailəmlə birlikdə tətili Bakıdakeçirdim, Babək Nəhreyinin burada çıxşı bizim üçün əsl bayram hədiyyəsi oldu.Azərbaycan aktyorlarının oynununa ilk dəfə idi ki, canlı baxırdıq, onlar bizimyaddaşımızda dərin iz buraxdılar”.

Dövlət Musiqili Teatrının bu müştərək beynəlxalqlayihəsi uğrla qarşılandı. İki ölkə arasında mədəniyyət körpüsü yaradan butamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür düşür.

Etibar CƏBRAYILOĞLU




TƏQVİM / ARXİV