adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Mart 2017 17:35
11388
KRİMİNAL
A- A+

Bakıda qətl törədən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fərman Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Adalet.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Mustafayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Namiq Qaralova tanışı F.Mustafayev 12 bıçaq zərbəsi vurub. O, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib, həyatını xilas etmək mümkün olub. Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən F.Mustafayev tutulub. İttihama görə, F.Mustafayev birlikdə "Qul bazarı”nda iş axtardıqları N.Qaralovla mübahisə etdikdən sonra əlbəyaxa dava ediblər. Daha sonra F.Mustafayev çantasında olan bıçaqla ona 12 dəfə bıçaq zərbəsi endirib.

Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.