adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Mart 2017 21:37
8886
ƏDƏBİYYAT
A- A+

Mövlud Mövludun anım günü keçirildi

Dünən Yunus Əmrə İnstitutunda gənc yazıçı Mövlud Mövludun anım gecəsi keçirilib.

Adalet.az-ın verdiyi xəbərə görə, tədbirə mərhum yazıçı Mövlud Mövludun yaxın dostları və qələm yoldaşları qatılıb.

Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə keçirilən anım məclisini giriş sözü ilə fondun aparat rəhbəri, şair Qismət Rüstəmov açıb.

Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış edərək salamlayıb, mərhuma Allahdan rəhmət diləyib.

Yazıçı Səfər Alışarlı çıxışında M.Mövludun anım gününün Yunus Əmrə İnstitutunda keçirilməsinin böyük məna kəsb etdiyini söyləyib: "Mövlud türk dünyasına, Yunus Əmrəyə vurğun idi. Biz türk, Azərbaycan ədəbiyyatına vurğun gənc yazıçı dostumuzu itirdik”.

M.Mövludun dostları Zahir Əzəmət, Şərif Ağayar, Seyfəddin Hüseynli, Kəramət Böyükçöl, Anar Amin, Fəxri Uğurlu və başqaları mərhum yazıçı haqqında maraqlı xatirələr danışıblar.

Tədbirdə yazıçının Yaradıcılıq Fondu tərəfindən nəşrə hazırlanan kitabı ətrafında müzakirələr apardılar.