BAKIDA BİR ŞUŞA VAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
70221 | 2017-03-30 14:17

Zamanın necə sürətləgetdiyini təsəvvür etmək çətindir. Elə həmin sürətlə də fikirləşəndə adam inanabilmir ki, bu sürətin içərisində nə boyda ömür əriyib. Və inana bilmədiyinə görədə adam öz-özünə heyrətlənir. Heyrətləndiyi anda da suallar gəlib durur gözünün qarşısında. Ən böyük və ən birinci sualisə bu olur:

- Görəsən bütün bunlarıyaşamışıqmı? Və görəsən bütün bunlar olub keçibmi?

Hə,doğurdan da bu suallardan qaçmaq mümkün deyil. Bu suallar həm gerçəkdi, həm tarixdi,həm də fələk...yapışır adamın yaxasından. Eləyapışdığı məqamda da sanki yaddaşın, ağlın özünə qayıdır. Başqalarını deyə bilmərəm, mən şəxsən yaxamdan yapışan gerçəyin,fələyin əlindən qurtula bilmirəm. Elə indinin özündə də həmin durumdayam. Və eləbilirəm ki, Şuşanın dolamalarını qalxıb şəhərin girəcəyindəki sonuncu döngədə avtobusdandüşmüşəm. Orda dayanıb üzü Xankəndinə tərəf, Ağakörpüsünə tərəf baxıram. Əslində düşüb dayandığımyer həm də Laçına gedən avtobusların sərnişinləri gözlədiyi, alıb apardığı məkandır.Mən Laçına getmirəm, mən Şuşaya gəlmişəm. Özü də ilk dəfə jurnalist kimi həmişəgəlib-getdiyimbu şəhərəüz tutmuşam. Və bax onda mənimŞuşada ilk tanıdığım, ilk təmasda olduğum insanlardanbiri də O idi. Və mən Onu tanıdığım, təmas qurduğum anda hiss etdimki, bu cavan oğlan heç də hər kəslə razılaşan, hər kəsin istəyini yerinə yetirən,necə deyərlər, üzü yola bir Allah bəndəsi deyil... Onun öz dünyası var… Onun öz arzusu, öz düşüncəsi özünə hakimdi…

İllər keçdi. Bizim Şuşada, sonra Xankəndində olan görüşlərimizŞuşanın işğalından sonra dostluğa çevrildi. Elə bil ki, o fikir, o ruh yaxınlığımızdaşıdığımız, yaşadığımız dərdin təsiriylə, ağırlığıyla bizi bir-birimizə daha dayaxınlaşdırdı, daha da doğmalaşdırdı. Çünki az qala nəslini, kökünü ovuc içi kimitanıdığım bu insan bir qarabağlı, bir şuşalı kimi bütün varlığıyla Şuşalı günlərinhər məqamını, hər anını canında daşıyırdı, özündə, içində yaşadırdı. Və bu da mənəonu sevmək, ona bağlanmaq üçün stimul verirdi. Mən qarşımda sanki Şuşalı günləri, Şuşalı anları görürdüm. Elə bil mənimləbirlikdə bir Şuşa gəzirdi, bir Şuşa yeriyirdi Bakının küçələrində, Azərbaycanınbölgələrində...

Tam səmimiyyətləəlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, mənim üçün ən böyük qarabağlı, ən böyükşuşalı Vasif Quliyevdi. Onun Qarabağda olan haqqının önündə mən həmişəbaş əyirəm. Amma indi barəsində yazdığım, içimdə olanlarıkağıza köçürdüyüm Zahid müəllim də mənim üçün Şuşa deməkdi. Çünki bu insan ruhuyla,düşüncəsiylə, xidmətləriylə olduğu hər yerdə şəxsən mənə Şuşanı xatırladır, mənə Şuşadan danışır. Elə bil ki, onunovcunun içində də, baxışlarında da yerişində-duruşunda da bir Şuşa var. Həmin o həsrətini çəkdiyimiz, amma zamanında qədrini bilmədiyimiz, özünəməxsusluğunudəyərləndirmədiyimiz Şuşa… Yumoruyla, təbiətiylə, koloritiylə, coğrafiyasıyla, hətta istiqanlılığıylaseçilən Şuşanı biz Şuşasız günlərimizdə anlamağa, duymağa başladıq. Şəxsən mənə həmin o anlayışı, o duyğunu çatdıranlardan birincisi də Zahid Abbasov oldu…

Mən Şuşada çox olmuşam.Amma Şuşanı onda gəzmək, istirahət emək məkanı kimi görüb sevmişəm, tanımışam. Elə ki, Şuşanı itirdik, onda anlamağabaşladım ki, Şuşa kimiymiş, Şuşa nəyimiş, Şuşa haraymış?Bu üç sualın cavabını mənə Şuşanı canı, qanı bilən insanlar, ilk öncə isə ZahidAbbasov söylədi, öyrətdi. Lap açığını desəm, həzm etdirdi. Mən də bu cavablarıniçərisində şuşalı dostlarımı, xüsusilə Zahid müəllimi daha yaxından tanıdım. Onuözümə bir köynək də yaxın hesab etdim. Və…

Onunla Qarabağdatanış olmuşdum. Çalışdığı, daha doğrusu, tutduğu vəzifələrdə özünü saydırmaq xüsusiyyətiniyadımda saxlamışdım. Və görmüşdüm ki, həqiqətən də Zahid müəllim istər vilayət komsomoltəşkilatında, istər Şuşa rayon partiya komitəsində çalışdığı, yəni daşıdığı vəzifələrdə çoxçevik, zamanla ayaqlaşan bacarıqlı kadrdır. Elə ki, Dağlıq Qarabağ problemi başladı,onda digər şuşalılar kimi Zahid müəllimin də vətəndaş yanğısı, torpaq sevgisi, üstəlikdə hadisələrə qiymət vermək bacarığı biraddım da qabağa çıxdı. Bunu həminzamanlarda Şuşaya səfər etmiş qələm adamlarının demək olar ki, hamısı etirafedir və hamısı da xatırlayır ki, Zahid müəllim Şuşada təkcə tutduğu vəzfəni yox, həm də bir şuşalınınçiynində olan məsuliyyəti, yükü axıra qədər daşımaq əzmində idi. Elə o əzmin, o qətiyyətin nəticəsidir ki, düşmən Şuşamədəniyyətinə aid olan sərvətlərin hamısını məhv edə bilmədi. Məhz Zahid Abbasovunrəhbərliyi və təşəbbüsüylə daşınması, çıxarılması mümkün olan həmin nümunələrinböyük əksəriyyəti Bakıya gətirildi. Bu gün Bakıda bir Şuşa var. Qədim ənənəsi, özünəməxsus tarixi olan Şuşa.O Şuşanı Bakıda Zahid müəllim öz memarlığı,öz arxitektorluğu, öz musiqişünaslığı, öz ədəbiyyatşünaslığı fonunda yaradıbdı.Həmin Şuşaya daxil olanda adamı o Şuşa aurası qarşılayır. Rəssamların fırçasıylaçəkilmiş Şuşa tabloları adamın əlindən tutur, onu şəhərin küçələriylə dolaşdırır,gəzdirir. Qarşına Xanqızı Natəvan çıxır… Molla Pənah Vaqif çıxır… Bülbül çıxır, Cabbar Qaryağdıoğlu,Xan Şuşinski çıxır… Ordaİsa bulağının zümzüməsi… orda Xarı bülbülünətri ovsunlayır adamı. Sonra Zahid müəllimin iş otağında əlindəki pulta toxunursan,indi də ekranda salamlayır səni Şuşa… Bax, bütün bunlarıgəzib yaddaşımda təzələyə-təzələyə təkrar şuşalı oluram, təkrar şuşalı günlərini yaşayıram. Mən o məqamların içində Zahid müəllimnsəsini eşidirəm:

- Buranı tanıyırsan?

Dillənməyə macaltapmamış Zahid müəllim özü deyir:

- Bu Şuşa məscididi…Bu Karvansaradı… bu da Xan qızının çəkdirdiyi bulaqdı… Bu, Şuşadakı qonaq evidi…

Bax, beləcə təqdimatuzanır. Və mən o təqdimatın içərisində öz-özümədüşünürəm. Görəsən, hər gün Şuşada olan, hər gün Şuşada yaşayan Zahid müəlliminneçə yaşı var? Özüm də özümə cavab verirəm.Yaşı rəqəmlə ifadə etmək mümkün deyil. Çünki 1992-ciilin may ayının 8-dən bugünəqədər olan tarixdə Zahid Abbasov hər bu mənzərənin önündən keçdikcə, hər BakıdakıŞuşanı gəzib dolaşdıqca yaşının üstünə yaş gəlir. İndi o anları, o günləri, o illəriüst-üstə gəlin, cəmləyin.Görün nə qədər yaşayıb?!

Bəli, mən təsadüfdənyaş söhbətinə toxunmadım. Çünki mən Şuşada cavan bir oğlanla tanış olmuşdum. Şuşalıbir oğlanla. Bakıda da bir şuşalıyla o tanışlığı dostluğa çevirdk. Amma hər görüşümdəgördüm ki, bu cavan oğlan yaşlaşır, bu cavan oğlan hər anın içərisində yaşının üstünəyaş əlavə edir. Özü də nümayəndə heyətinin tərkibində Ermənistana, Şuşaya səfəredib gələndən sonra onun yaşlaşması daha da sürətləndi. Bax, o səfərdən sonra bizmövzunu təkrar-təkrar müzakirə etdik, xatirələri çözdük, elə həmin o günlərdə dəmən Zahid müəllimə ünvanlanan bir şeir də yazdım. Amma ona oxumadım. Bilmirəm niyə?İndi isə o şeiri bu yazıya əlavə edirəm. Onda yazmışdım ki:


İzinə qoşulacam

Sözünə qoşulacam

Özünə qoşulacam-

Gedəcəm Qarabağa

Gedəcəm Xan Şuşaya!


Üzü Allaha tərəf

İçimdə ümid-fərəh!

Əlimdə bayraq şərəf-

Gedəcəm Qarabağa

Verəcəm qan Şuşaya!


Diz çökəcəm, öpəcəm

Gözlərimə təpəcəm

Xarı bülbül səpəcəm-

Gedəcəm Qarabağa

Deyəcəm can, Şuşaya!


Övlad haqqı canımda

Döyüş haqqı qanımda

Zamanın bir anında

Gedəcəm Qarabağa

Qeyrət və şan Şuşaya!


Bəli, Zahid müəllim,onda bəlkə də bu şeiri sənə oxusaydım səfərdən sonrakı ağrılarını bir az ovutmuşolardım. Amma istəmədim ovudam. Çünki biz ovuna-ovuna çox şeylərə laqeydləşirik.İndi isə sənin yaşının, ömrünün elə çağıdır ki, mən bir anlıq düşündüm. Dostluğumuza,bir-birimizə bağlılığımıza və bir də içindəki mənəvi borca görə sənin yubileyinləbağlı öz hisslərimi kağıza köçürüm. Çünki indi zamanın sürətinə mənim ümidim qalmayıb.O mənada ki, olum-ölüm məsələsi qaçılmazdı. Mən səni bir şəxsiyyət kimi, bir şuşalıkimi, bir dost kimi, evini, ailəsini, işini yaxından tanıyıb bildiyim bir insankimi bağrıma basıram. Bilirəm ki, sən Şuşasız yubiley keçirmirsən… bilirəm ki, sənŞuşasız keçən hər anın acısını, sızıltısını heç dərmanlarla da ovutmaq gücündə deyilsən.Amma onu da bilirəm ki, sən mənim üçün gözümün önündəki Şuşasan. Bax, gözümün önündəolan Şuşaya üzümü tutub deyirəm:

- Yubileyin mübarək,Zahid müəllim! Kimlər bilməsə də mən sənin Şuşa üçün etdiklərini, Şuşa mədəniyyətiüçün göstərdiyin xidmətləri yaddaşıma və bir də «Ədalət» qəzetinin səhifələrinəyazmışam. Bundan sonra da qismətolarsa yazacam. Amma ən böyük arzum BakıdakıŞuşanı Qarabağda, öz yerində, öz zirvəsində görməkdi. İstəyirəm ki, Bakıdakı Şuşaməni öz yerində, öz ünvanında gözləsin, qarşılasın. Elə o ümidlə də bir də sənitəbrik edirəm.


Dost-qardaş sevgisiyləƏbülfət Mədətoğlu


TƏQVİM / ARXİV