Belə yaxşı ediblər, əllərinin içindən gəlir

OĞUZ AYVAZ
189898 | 2017-03-30 12:42

Bir düşünün ki, gündəlik nə qədər ölüm hadisələri,intiharlar, boşanmalar, xəyanətlər eşidirik. İki gəncin metroda öpüşməyi həngamə yaradıb. Bizim cəmiyyətöyrənib, adət edib ki, günə bədbin, qara xəbərlərlə başlayaq.


Jurnalist bir insan gənclərin öpüşməsinəgörə onlara təpik atır. Səbəbi də bəlli: uşaqların tərbiyəsi pozular. Belə sizinarahat edirsə mədəni formada yaxınlaşıb, nazikcə sözünüzü deyə bilərdiniz.Amma, ancaq, lakin...


Bizim cəmiyyət iki yerə bölünüb: qocalar və gənclərə.Qocalar olaylara menatlitet, din çərçivəsindən baxır. Qadağalar, senzuralarqoyur. Gənclərdə əslində bir neçə qrupa bölünür: ateist, müasir, dindar, qaqaşkimilər də fikir ayrılıqları yaradır.


Hazırda facebookda bu hadisə haqda cürbə-cür şərhlər,statuslar yazılır. Görünən odur ki, cəmiyyətimizdə problemlər en qədərdir. Birbalaca olayı gündəm edirlər. Əslində isə ciddi məsələlər var burda. Din, əxlaq,menatlitet nüansları.


Mənim fikrimə gəldikdə, gənclər çox gözəl ediblər.Belə yaxşı ediblər, əllərinin içindən gəlir. Qapalı toplumumuzun günəş görməyiüçün gözəl bir addım atıblar.


Cəmiyyətin sübuta yetirilməmiş fikriləoturub-durmaq bədbəxtlikdir. Heç vaxt qohumlarınızın, dostlarınızın, ətrafınızınxoşuna gəlmək üçün deyil, özünüz üçün yaşayın. Bu həyat bircə dəfə veriliradama. Əgər ürəyinizin səsinə qulaq asıb hərəkət edirsizsə deməli doğru yoldasız.Bəzən soruşurlar ki, ədəbiyyat nəyə lazımdır. Cavab verirəm: özünü, vicdanınıgüzgüdə görmək üçün.

TƏQVİM / ARXİV