ANA SƏHİFƏ / YAZARLAR

Belə yaxşı ediblər, əllərinin içindən gəlir

165167    |   2017-03-30 12:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir düşünün ki, gündəlik nə qədər ölüm hadisələri, intiharlar, boşanmalar, xəyanətlər eşidirik. İki gəncin metroda öpüşməyi həngamə yaradıb. Bizim cəmiyyət öyrənib, adət edib ki, günə bədbin, qara xəbərlərlə başlayaq.


Jurnalist bir insan gənclərin öpüşməsinə görə onlara təpik atır. Səbəbi də bəlli: uşaqların tərbiyəsi pozular. Belə sizi narahat edirsə mədəni formada yaxınlaşıb, nazikcə sözünüzü deyə bilərdiniz. Amma, ancaq, lakin...


Bizim cəmiyyət iki yerə bölünüb: qocalar və gənclərə. Qocalar olaylara menatlitet, din çərçivəsindən baxır. Qadağalar, senzuralar qoyur. Gənclərdə əslində bir neçə qrupa bölünür: ateist, müasir, dindar, qaqaş kimilər də fikir ayrılıqları yaradır.


Hazırda facebookda bu hadisə haqda cürbə-cür şərhlər, statuslar yazılır. Görünən odur ki, cəmiyyətimizdə problemlər en qədərdir. Bir balaca olayı gündəm edirlər. Əslində isə ciddi məsələlər var burda. Din, əxlaq, menatlitet nüansları.


Mənim fikrimə gəldikdə, gənclər çox gözəl ediblər. Belə yaxşı ediblər, əllərinin içindən gəlir. Qapalı toplumumuzun günəş görməyi üçün gözəl bir addım atıblar.


Cəmiyyətin sübuta yetirilməmiş fikrilə oturub-durmaq bədbəxtlikdir. Heç vaxt qohumlarınızın, dostlarınızın, ətrafınızın xoşuna gəlmək üçün deyil, özünüz üçün yaşayın. Bu həyat bircə dəfə verilir adama. Əgər ürəyinizin səsinə qulaq asıb hərəkət edirsizsə deməli doğru yoldasız. Bəzən soruşurlar ki, ədəbiyyat nəyə lazımdır. Cavab verirəm: özünü, vicdanını güzgüdə görmək üçün.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK