adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Mart 2017 12:05
10323
ƏDƏBİYYAT
A- A+

Nəhayət ki, Nobel mükafatını alacaq

2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bob Dilan nəhayət ki, mükafatı qəbul edəcək.

Adalet.az xəbər verir ki, mükafatın təqdimetmə mərasimi bu həftənin sonu İsveçin paytaxtı Stokholmda təşkil olunacaq.

Bob Dilanın Nobel nitqi səsləndirməyəcəyi, səs qeydi ilə hər kəsə təşəkkür edəcəyi bildirilir.

Xatırladaq ki, amerikalı musiqiçi, şair Bob Dilan 2016-cı ildə ədəbiyyat üzrə Nobelə layiq görülsə də, uzun müddət ortaya çıxmamışdı. Dünya ictimaiyyəti onun mükafatı rədd etdiyini düşündüyü vaxtda, laureat üzə çıxaraq mükafatı alacağını deyib.