adalet.az header logo
  • Bakı 20°C
30 Mart 2017 11:23
63339
TEXNOLOGİYA
A- A+

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

"Google” şirkəti fotoqraflar üçün yenidən sosial şəbəkə istifadəyə verir.

Adalet.az xəbər verir ki, "Google” mütəxəssisləri köhnə ideyalara qayıtmaq və onları yeni üsulla geri qaytarmaq niyyətindədirlər.

Şəkillərlə işləmək üçün nəzərdə tutulan "Google Spaces” xidməti naməlum səbəblərdən populyar ola bilmədi. Ancaq məhz onun əsasında bir fotonun üzərində eyni anda bir neçə istifadəçinin işləyə biləcəyi proqram əlavəsinin istifadəyə verilməsi planlaşdırılır. Proqram sosial şəbəkə adlandırılır, ancaq hələlik müəyyən konsepsiya və ada malik deyil.

Fotoqraflar üçün gələcəyin sosial şəbəkəsi mövcud "Allo” və "Duo” proqramlarının imkanlarını birləşdirmək niyyətindədir. Şirkətin yeni xidmətinin təqdimatı yaxın zamanlarda, bu ilin may ayında "Google”un tədbirində baş tuta bilər.