adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Mart 2017 10:33
19134
MARAQLI
A- A+

Ağstafa sakini velosipedə mühərrik quraşdırıb – VİDEO

Ağstafa sakini velosipedin pedallarını sökərək əvəzinə mühərrik quraşdırıb.

Adalet.az Xezerxeber.az-a istinadənməlumat verir ki, velosiped 1 litr benzinlə 40 km yol gedir.

Maraqlı ideya Ağstafanın Köçəskər kənd sakini Rəhman Quliyevə məxsusdur. İstifadə etdiyi velosipedin pedallarını sökərək, əvəzində odun kəsən mişar motoru yerləşdirən Rəhman Quliyev minik vasitəsini indi bu cür idarə edir.

27 yaşlı gənc deyir ki, velosipedə mühərrikin quraşdırılmasına cəmi 1 gün vaxt sərf edib. Minik vasitəsinin hərəkətə gətirilməsi üçün ona karbürator, benzin çəni və lazım olan digər avadanlıqlar da əlavə olunub.

Sahibinin dediyinə görə, velosiped saatda 60 kmsürətlə hərəkət edə bilir. 1 litr benzinlə 30-40 km-ə qədər yol qət etmək mümkündür.