adalet.az header logo
  • Bakı 20°C
30 Mart 2017 09:36
15112
KRİMİNAL
A- A+

Bakıda ər arvadının başını kəsib

Bakıda dəhşətli qətl törədilib.

Adalet.az xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsi Pünhan Təbrizli küçəsi ev 10-da yaşayan, 1990-cı il təvəllüdlü İsrail İsmayıl oğlu Cəlilov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aysel Ulduz qızı Cəlilovanın boğazını bıçaqla kəsib. A. Cəlilova qan itirməsindən ölüb.
Hadisəni törədən İ. Cəlilov polisə könüllü təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.